«AzPoliika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi (MN) Türkiyəni Suriyada diqqəti kürdlərlə savaşa yox, «İslam dövləti» ilə mübarizəyə cəmləşdirməyə çağırıb.
Bu barədə NATO çərçivəsində Brüsseldə keçirilən görüşdə ABŞ MN-nin başçısı Geyms Mettis bəyan edib.
Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ da öz növbəsində, Vaşinqtondan tələb edib ki, «Ankaranın Suriya üzrə mövqeyinə təsir göstərməyə cəhd etməsin». Onun sözlərinə görə, Birləşmiş Ştatların Yaxın Şərqdə kürd döyüşçüləri silahlandırması «yolverilməzdir».
O, eyni zamanda, ABŞ hakimiyyətini öz xarici həmkarlarının mövqeyini nəzərə almağa və «özünü hamıdan ağıllı» hesab etməyə son qoymağa çağırıb. Siyasətçi qeyd edib ki, ABŞ hərbçiləri Suriyada Türkiyənin hərbi əməliyyat apardığı rayonda situasiyaya müdaxilə etməməlidirlər.

Şərhlər