Menu

TAP layihəsinin 2/3-si başa çatıb

16.02.2018, 10:31
TAP layihəsinin 2/3-si başa çatıb

Hazırda Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinin 2/3-si başa çatıb.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında TAP-ın idarəçi direktoru Luka Şippati deyib.

O qeyd edib ki, TAP podratçıları tərəfindən Yunanıstan və Albaniyada boru kəməri marşrutu boyunca ərazilərin 92 faizi təmizlənib: "Bundan başqa, qaynaq olunmuş polad boruların 67 faizi əraziyə gətirilib".

L.Şippati bildirib ki, İtaliyada boru kəmərinin inşası çərçivəsində mikrotunelin tikintisi işləri davam etdirilir:

"TAP-ın tikintisi üçün lazım olan 55 min boru Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol