Menu

Polis Şöbəsində saxlanılan şəxs öldü - "İntihar edib..."

16.02.2018, 10:57
Polis Şöbəsində saxlanılan şəxs öldü - "İntihar edib..."

Astarada polis tərəfindən tutulan şəxs intihar edib.

APA-nın məlumatına görə, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.

Şərhlər

t.ədalət 2018-02-16 10:57:29

Kameralarda özünü asmaq üçün imkan olmamalıdır.Əgər varsa,onda oradakı hadisələr şübhə yaradır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol