Menu

Cəbhə xəttində çoban minaya düşdü

09.07.2014, 11:18
Cəbhə xəttində çoban minaya düşdü

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mülki şəxs minaya düşüb.

Hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.

Cəbhə xəttində qoyun otaran Yevlax rayon sakini, 1964-cü il təvəllüdlü Mirzə Vəli oğlu Həmzəyev minaya düşərək ağır yaralanıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.

Ağdam rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol