Menu

Rektor dərsə gecikən tələbələrə hədiyyə verdi - Qeyri-adi addım (FOTO)

16.02.2018, 14:39
Rektor dərsə gecikən tələbələrə hədiyyə verdi - Qeyri-adi addım (FOTO)

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Ali Məktəbin tələbələrinin müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

BANM-dən "AzPolitika"ya verilən məlumata görə, rektor Elmar Qasımov 2 tələbəyə – Famil Babayev və Abusupan Adıyevə xüsusi mükafat verəcəyini deyərək, onlara zəngli saat hədiyyə edib. Məsələ burasındadır ki, həmin tələbələr BANM-ın dərslərə ən çox gecikən tələbələridir.

Rektor bu zəngli saatlarla tələbələrin bir də heç vaxt dərslərə gecikməyəcəyinə inandığını bildirib.

Şərhlər

hehehe 2018-02-16 14:39:08

Əla

Zaza 2018-02-16 14:39:08

Cox gozel jestdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol