Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) daha bir yeni təyinat olub.
Məlumata görə, Nazirliyin iki şöbəsi birləşdirilib.
Belə ki, NRYTN-in Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı və Elektron idarəçiliyin inkişafı şöbəsi bir yerdə fəaliyyət göstərəcək.
Bu şöbəyə isə Rəşad Əzizov müdir təyin olunub.
Qeyd edək ki, Rəşad Əzizov əvvəllər Milli Məclis aparatında çalışıb. O, həmçinin İKT sahəsində elmi araşdırmalarla da məşğul olub.
R.Əzizov hüquq elmləri doktorudur.
Mütəxəssis ""Elektron hüquqa giriş" kitabının da müəllifidir.
İndiyə qədər Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri vəzifəsini icra edən İsfəndiyar Əliyev isə yeni şöbəyə müdir müavini təyin edilib.
Bir müddət öncə Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad edilib. /xeberler.az


Şərhlər
Rəşad müəllim, Hüquq üzrə Elmlər doktorudur,yaxşı olardı Prokuraturada,Məhkəmə sistemində işləsə daha çox dövlətimizə və xalqımıza xeyr verə bilərdi.Rabitəyə gənc yaşlarında işləyən kadrların daha çox faydası ola bilər,çünki onlar peşəkar rabitəçidirlər. Hər bir kadrın öz təyinatı üzrə işləməsi,həmin sahənin inkişafı deməkdir.