Menu

Metroda yenə problem yarandı - Açıqlama

09.07.2014, 11:41
Metroda yenə problem yarandı - Açıqlama

Bu gün səhər Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb. Bu barədə sərnişinlərdən biri Lent.az-a bildirib. Belə ki, sərnişinlər səhər saat 9.00 radələrində “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyasına hərəkət edən qatarı 20 dəqiqəyə yaxın gözləməli olublar. Həmin saatda insanların işə getməsini nəzərə alsaq, 20 dəqiqə gecikmə stansiyalarda sərnişin sıxlığı ilə nəticələnib.

“Bakı Metropoliteni” QSC-dən də məsələyə münasibət bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a bildirib ki, bu gün səhər saatlarında metroda heç bir hadisə baş verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol