Menu

Ağdaşda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

18.02.2018, 14:35
Ağdaşda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Xəlilova Zülfiyyə Azad qızı, 1963-cü il təvəllüdlü Qasımova Mətanət Ağaməhəmməd qızı və onun həyat yoldaşı Azad Xəlilov, habelə nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıblar.

Yaralılardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti isə qənaətbəxşdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol