Menu

Qurban Məmmədovun məhkəməsi oldu

09.07.2014, 13:24
Qurban Məmmədovun məhkəməsi oldu

Bu gün Bakı Apellyasiya Məhkəməsində tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun apellyasiya şikayətinə baxılıb.

Nəsimi rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Beləliklə Qurban Məmmədova verilən 3 il azadlıqdan məhrumetmə cəzası hökmü qüvvəyə minmiş olub.

Qeyd edək ki, Qurban Məmmədov ərizə ilə müraciət edərək məhkəməyə gəlmək istəmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, hakimin göstərişi ilə o məhkəməyə gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol