Menu

Minaya düşən sakin öldü

09.07.2014, 15:09
Minaya düşən sakin öldü

Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib

Bu səhər minaya düşən Azərbaycanın mülki vətəndaşı dünyasını dəyişib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunda çobanlıqla məşğul olan Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, minaya düşən Mirzə Vəli oğlu Həmzəyev 1964-cü il təvəllüdlüdür. Onun Yevlax rayonundan gəldiyi bildirilir.

O, Ağdama oğlunun yanına gəlibmiş. Mirzə Həmzəyev ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol