Menu

Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü - YENİLƏNİB

20.02.2018, 18:19
Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü - YENİLƏNİB

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin inzibati binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmnə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, binada yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğının qarşısı tam alınıb və söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

* * *

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.

APA-nın xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Şərhlər

REDAKTOR 2018-02-20 18:19:54

BİNA YOX SƏNƏDLƏRİ YANDİRİRLAR YAQİN..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol