Menu

Ən xoşbəxt ölkələr – Biz o siyahıda yoxuq

09.07.2014, 16:59
Ən xoşbəxt ölkələr – Biz o siyahıda yoxuq

Ən xoşbəxt ölkə deyəndə ağlınıza hansı ölkələr gəlir? Bununla bağlı araşdırmalar aparılıb və maraqlı nəticələr ortaya çıxıb.

Bu ölkələr "Happy Planet Index" "The World Happiness" və "Forbest"in siyahısına daxil olublar.

1.Kosta Rika

Kosta Rika sahib olduğu gözəl çimərlikləri, okean sahilləri, meşələri ilə siyahının zirvəsindədir. Bu ölkədə yaşayanlar həyatdan zövq almağı bacarırlar. Hətta xalq arasında "pura vida" deyə bir ifadə də var. Bunun mənası isə "həyat gözəldir" deməkdir.

2.Norveç

Norveçin siyahının ikinci pilləsində olması heç də təəcüblü deyil. Bu ölkədəki həyat standartları, təbii gözəlliklər və təhsil səviyyəsi norveçlilərin həyatdan zövq almasına kömək edir.

3.Danimarka

Gözəl təbiət, yüksək iş imkanı Danimarkanı xoşbəxtlik siyahısının qabaqcıllarından edib.

Siyahıda yer alan digər ölkələrin siyahısı isə belədir:

İsveçrə

Vyetnam

Kanada

Hollandiya

İsveç

Finlandiya

Avstraliya

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol