Menu

İki rayona içməli suyun verilməsində məhdudiyyətlər olacaq

22.02.2018, 19:54

Azersu_building_051212Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədar bu gün saat 23:00-dan fevralın 23-ü saat 12:00-dək Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol