Menu

Moskva İrəvanı necə aldatdı?

09.07.2014, 19:48
Moskva İrəvanı necə aldatdı?

Moskva, Astana və Minsk Ermənistanın Avrasiya İttifaqına daxil olması ilə bağlı hər bansı bir forma tapa bilməyiblər.

ANS PRESS-in məlumatına görə, bu barədə rusiyalı jurnalist və siyasi şərhçi Vadim Dubnov bildirib. Onun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına və ya Avrasiya İttifaqına daxil olması məsələsi Moskva üçün həmişə ikinci dərəcəli məsələ olub.

“Əslində, Moskvaya İrəvandan yalnız bir şey lazım idi - Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 3-də Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etsin. Amma Ermənistanın Gömrük İttifaqına və ya Avrasiya İttifaqına daxil olması məsələsi Moskva üçün həmişə ikinci dərəcəli məsələ olub və elə də qalmaqdadır”, - deyə Vadim Dubnov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol