Menu

"Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır" - Deputat

23.02.2018, 16:15
"Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır" - Deputat

Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir:

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol