Yeni Zelandiyada Taupo şəhərinin mərkəzində “Cafe Baku” adlı obyekt açılıb. Novosti.az bildirir ki, səyahətçi Baba Ağayev bu xəbəri sosial şəbəkələrdə öz abunəçiləri ilə bölüşüb.
Ağayevin sözlərinə görə, kafenin sahibi "Formula-1" yarışlarının azarkeşidir. 2016-cı ildə o, Bakıda yarışları izləyib və Azərbaycan paytaxtına heyran olub.
"Bakı onun o qədər xoşuna gəlib ki, qayıdandan beş-altı ay sonra o öz şəhərinin mərkəzində təmtəraqlı kafe açıb və onu “Cafe Baku” adlandırıb", - deyə nəşr səyahətçidən sitat gətirib.


Şərhlər