Menu

Gürcüstan məktəblisi Nyu-York Universitetinin 1 milyon dollarlıq qrantının qalibi olub

24.02.2018, 21:02
Gürcüstan məktəblisi Nyu-York Universitetinin 1 milyon dollarlıq qrantının qalibi olub

Gürcüstanın Batumi şəhərində orta məktəbdən məzun olmağa hazırlaşan David Cinçaradze Əbu-Dabidəki Nyu-York Universitetində təhsil almaq üçün ümumi məbləği 1 milyon dollar olan qrant müsabiqəsinin qalibi olub.

Virtualaz.org yerli “Batumelebi” nəşrinə istinadən xəbər verir ki, Cinçaradzenin özünün bildirdiyinə görə, müsabiqənin şərtlərinə əsasən, Əbu-Dabidəki Nyu-York Universiteti təhsil haqqını, BƏƏ-də yaşayış xərclərini və bütün digər məsrəfləri öz üzərinə götürüb. Bu isə ən azı 1 milyon dollardır.

Universitetdə gürcüstanlı tələbə Politologiya, beynəlxalq əlaqələr və jurnalistikanı öyrənəcək.

Universitet 10 min namizəddən ən layiqli 150 abituriyenti öz tələbəsi olaraq seçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol