«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin 5 hərbi gəmisi İtaliyanın «Eni Saipem 12000» -nin qazma qurğusuna Kipr sularında qazma işlərinə başlamağa icazə verməyib. Bu barədə Kipr hökumətinin rəsmi nümayəndəsi Viktor Papadopulos «Cyprus News Agency» agentliyinə danışıb.
«Qurğu Türkiyənin 5 hərbi gəmisi tərəfindən dayandırılıb, zorakılıq təhdidlərindən (Türkiyə tərəfindən) toqquşma hədə-qorxusundan sonra, qazma gəmisi geri dönməyə məcbur olub» - deyə, Kipr nümayəndəsi bildirib.
Fevralın əvvəlində «Spaim 12000» artıq Türkiyə hərbi-dəniz qüvvələrinin (HDQ) gəmiləri tərəfindən Kipr sularında bloklanmışdı. Qazma gəmisi ərazidə yeni kəşfiyyat quyusu qazmaq niyyətində idi.
«Eni» tərəfindən bu fəaliyyət Kipr (yunan Kipri!) hökuməti tərəfindən verilmiş xüsusi lisenziya əsasında həyata keçirilməli idi. Başqa sözlə, bu fəaliyyətdə adanın türk icmasının maraqları nəzərə alınmayıb.
Hazırda gəmi Yunanıstanın Limassol limanına doğru üzür və orada bir neçə gün dayanacaq. Ötən cümə axşamı «Eni» şirkətinin başçısı Klaudio Deskaltsi bilirib ki, şirkət qazma qurğusunu güman ki, Mərakeşə göndərəcək, amma Kipr rayonunda öz hüquqlarından imtina etmək niyyətində deyil.
Bundan əvvəl Türkiyə dəfələrlə bu şelfdə neft-qaz yataqlarında kəşfiyyat işlərinə adanın türk icmasının maraqları nəzərə alınmadan başlanmasına qarşı çıxıb. Hazırda qazma gəmisi ehtimal edilən qazma ərazisindən təxminən 50 kilometr məsafədə yerləşir.


Şərhlər