Göygöl rayon sakinindən xaricdə istehsal edilmiş qumbaralar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göygöl rayon sakini Vəli Məmmədovdan 3 ədəd xaricdə istehsal edilmiş qumbara götürülüb.


Şərhlər