Menu

Şəmkir şəhər sakini günahkarların cəzalandırılmasını istəyir - Şikayət

26.02.2018, 13:39
Şəmkir şəhər sakini günahkarların cəzalandırılmasını istəyir - Şikayət

Şəmkir şəhər sakini Nəbiyev Zilfiqar Hətəm oğlunun yaxınları tərəfindən "AzPolitika.info"ya şikayət məktubu göndərilib. Məktubda bildirilir ki, Zilfiqar Nəbiyev Qarabağ döyüşlərində 4 il şücayətlə erməni hərbi birləşmələrinə qarşı döyüşüb, Gədəbəy və Şəmkir rayonu istiqamətlərində işğal olunmuş kəndlərin düşməndən təmizlənməsində iştirak edib: " Vətənimizin keşiyində duran Zilfiqar 12 fevral 2018-ci il tarixində axşam saatlarında qonşuları tərəfindən vəhşicəsinə döyülmüşdür".

Məktubda bildirilir ki, Zilfiqarla qonşusu Tofiq arasında 2 ildir torpaq mübahisəsi gedir. Mübahisələr zamanı bəzi qonşularının Zilfiqarı hədələdiyi, torpaq tələbindən əl çəkməyi tələb etdiyi, əks halda onun üçün yaxşı olmayacağını dedikləri iddia olunur : "Dediklər kimi də oldu. Zülfiqar hazırda Bakı şəhəri Əhmədli "Nervocərrahiyə" xəstəxanasında yatır və vəziyyəti çox ağırdır. Ayağa qalxa, özünü idarə edə bilmir. Şəmkir rayon Polis Şöbəsinə dəfələrlə şikayətimizə baxmayaraq, Zilfiqardan hadisədən 10 gün sonra izahat alınmışdır".

Məktubda deyilir ki, indi də çox ağır vəziyyətdə olan Zilfiqarı Bakı xəstəxanasından Şəmkir rayon Xəstəxanasına massaj üçün göndərmək istəyirlər : "Halbuki, Zilfiqarın tam sağalana qədər yatdığı xəstəxanada müalicə olunması lazımdır. Həm də Şəmkir rayon Xəstəxanasına massaj xidmətləri yoxdur. Şübhələnirik ki, Zilfiqarın sağlamlığına vurulan xəsarətin dərəcəsini yüngülləşdirmək istəyində olanlar var".

Müraciətin sonunda müafiq orqanlardan Zilfiqar Nəbiyevin tam sağalıb ayağa qalxana qədər Bakıda müalicə olunmasına şərait yaradılması xahiş olunur. Eyni zamanda baş həkim tərəfindən  obyektiv tibbi ekspert rəyinin verilməsinə, Zilfiqar Nəbiyevin aldığı xəsarətlərin yüngülləşdirilməməsinə nəzarət olunması xahiş edilir. "Zilfiqar Nəbiyevi döyüb əlil edənlərin barəsində həbs qətimkan tədbiri seçilməsini də təmin etməyi adiyatı orqanlardan xahiş edirik" deyə məktubun sonunda bildirilir.

P.S. Məktubdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol