Afrində kürdlərdən ibarət "Kürd şahinləri" hərbi birləşməsi Türkiyə əsgərlərinə qoşulacaq.
APA TV-nin məlumatına görə, birlik Azad Suriya Ordusuna (ASO) daxil "Həmzə briqadası" tərəfindən yaradılıb. Döyüşçülərin 400-ü kürd, 200-ü ərəbdir. Qruplaşmaya Türkiyə Xüsusi Təyinatlıları təlim keçib. Birlik "Zeytun budağı" hərəkatında PYD/YPG terror təşkilatlarına qarşı döyüşəcək.
"Kürd şahinləri"nin Afrin şəhərinin mühasirəsində və yaşayış yerlərində gedən döyüşlərdə iştirakı gözlənilir.
Birləşmənin rəhbəri Həsən Abdullah Kulli hərbçilər qarşısında çıxış edib: "Biz Aziz bölgəsinin kürdləriyik. Biz "Həmzə" briqadasının hərbçiləriyik. İnşallah Afrinə çatacağıq. Afrində xalqımızı PKK zülmündən xilas edəcəyik".


Şərhlər
İ.Tatlısəsin mahnılardan birində dediyi "cocuqların günahı nə?","bizə bir öyrətmən göndərin"--cümlələri kürdlərin çox vaxt savadsızlıqdan terrorçuların dəstəsinə qoşulmasına bir işarədir.Təhsil alan,müəyyən dünya görüşünə malik olan kürdlər,əlbəttə,heç vaxt zavallı terrorçulara qoşulmazlar.Min illər boyu türklərlə eyni taleyi bölüşən kürdlər nəhayyətdə türklərə dönəcəklər.Necə ki indi biz bunun şahidi oluruq.