Menu

Ermənini məğlub edib, bayrağını belə tapdamışdı - VİDEO

26.02.2018, 21:07
Ermənini məğlub edib, bayrağını belə tapdamışdı  - VİDEO

Bu gün Xocalı soyqırımından artıq 26 il ötür. Xalqımız bu dəhşət gecəsini bir an belə unutmur.

Qarabağ həsrətini illərlə ürəyində gəzdirən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladlarından biri də qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədovdur.

Azad Məmmədov 1991-ci ildə BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Tələbələrə verilən möhlət hüququndan istifadə etməyərək 1992-ci ildə könüllü olaraq Qarabağ savaşında iştirak etmək üçün cəbhəyə gedib. Dəfələrlə ölumlə üz–üzə qalmasına baxmayaraq, atəşkəs rejiminə qədər qanlı döyüşlərdə iştirak edib.

Bir çox beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançı, 2003–cü ildə Rusiyada üz-üzə gəldiyi, fiziki göstəricilərinə görə “Vəhşi” adlandırılan erməni idmançını qısa müddət ərzində məğlub edib.

Döyüş Xocalı faciəsinin ildönümünə təsadüf edirdi. İdmançılar qarşılaşmazdan əvvəl erməni tərəf öz idmançısının həm yaşca, həm də çəki etibarilə dəfələrlə Azaddan güclü olmasına güvənərək, ortaya ağır şərtlər qoyur. Belə ki, uduzan tərəf öz ölkəsinin bayrağını qarşı tərəfə təslim etməli idi. Qəzəbindən özünü belə unudan Azad Məmmədov nəyin bahasına olursa olsun, bayrağımızı qorumaq üçün qətiyyətlə mübarizəyə atılır. Bir neçə dəqiqə ərzində rəqibi üzərində qələbə çalır və düşmən bayrağını ayağı altına atıb tapdalayır.

Azərbaycan bayrağını dəfələrlə yüksəklərə ucaldan, vətənini, torpağını canından artıq sevən Azad Məmmədov bu gün dəmir barmaqlıqlar arxasındadır. O, 2009–cu ildə üzərinə atılan böhtanlar səbəbilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azad Məmmədov ailəlidir, 3 övladı var.

Şərhlər

cəngərlik sakini 2018-02-26 21:07:43

Qardaş sənin qanın təmiz TÜRK qanıdı.anası,arvadı , qaynanası,gəlini erməni olanların yəni METİSLƏRİN belini qırmısan.Bu səbəbdən sən türmədə olmalısan.ALLAH köməyin olsun.

Fatıma 2018-02-26 21:07:43

Men bu vıdeoya baxdıqda qururdan gozlerımden yaşlar axmaga başladı. Bele bır qeyretlı oglumuzun heyatının hebsde mehv olması mılletımız uçun facıedır. Onun ne gunah ışledıyını bılmırem , yalnız ezelı duşmenımız olan o menfur ermenı donuzunu meglub etmesı ve bayragını ayaq altına salıb taptalaması ona tezlıkle azadlıqda olmasına zemanet verır . bu qeyretlı , ıgıd balamız ermenı quduzları ıle mubarızesını davam etdırmelıdır .

x 2018-02-26 21:07:43

Bize yol gostrsin yol biłn varsa

məmmədqulu 2018-02-26 21:07:43

Kim nə deyər bizdə olan qeyrətə
Qeyrətimiz bəllidir hər millətə.(Allah rəhmət etsin M.Ə.S)
Azad erminəyə uduzsaydı indi onu hansısa bir rayona icra başçısı qoymuşdular!! Ermənini udmaq olmaz. Axı onların xalaları, bibiləri ..... Ona görə də onu şərləyib tutdurdular!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol