Menu

Arvadını öldürən şəxs intihar edib

26.02.2018, 19:05
Arvadını öldürən şəxs intihar edib

Ötən gün Daşkəsən rayonunda arvadını qətlə yetirib, hadisə yerindən qaçan şəxs intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qormaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşadığı evdə özünü asaraq intihar edib.

Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol