Menu

Xəzərdə zəlzələ

10.07.2014, 10:17
Xəzərdə zəlzələ

Bu gecə qeydə alınan təkanların maqnitudası 3,2 olub

Bu gün səhər saatlarında zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkan Xəzər dənizində qeydə alınıb.

Titrəyiş yerli vaxtla 06:08-də Xəzər dənizində, yerin 55 km dərinliyində baş verib. Yeraltı təkanın maqnitudası 3,2 olub.

Zəlzələ əhali tərəfindən hiss olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol