Menu

MTN işçiləri Naxçıvanda müşahidəçini oğurlayıblar

09.10.2013, 15:36
MTN işçiləri Naxçıvanda müşahidəçini oğurlayıblar

 Naçıvan MTN əməkdaşı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin müstəqil müşahidəçisi, Şərur rayon sakini İsrail Ələkbərliyə təzyiq göstərib.

Ələkbərlinin Turan-a verdiyi məlumata görə, bu gün Şərur rayon 34 saylı seçki məntəqəsində özünü təqdim etməyən şəxs onu məntəqədən qovub.

“Mənə dedilər ki, sizlə danışmaq istəyirəm. Soruşanda ki, siz kimsiniz, dedi ki, maşına oturun, bilərsiniz. Maşına yaxınlaşanda, Naxçıvan MTN işçisini üzdən tanıdım. Məni maşına oturtdular, qeyri-müəyyən yerə apardılar, ailəmə, uşağıma təzyiq etdilər. Məndən seçki məntəqəsinə getməməyi, siyasətdən əl çəkməyi tələb edibər”, deyə o bildirib.

NMR MTN-dən hər-hansı məlumat almaq mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol