Menu

«Rusiyadan S-400 kompleksi almayın» - ABŞ-dan Türkiyəyə çağırış...

27.02.2018, 19:42
«Rusiyadan S-400 kompleksi almayın»  - ABŞ-dan Türkiyəyə çağırış...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqtondakı məmurlar bəyan ediblər ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması «NATO-da operativ uyğunluğa neqativ təsir göstərə bilər». Bu barədə, naməlum mənbəyə istinadla, «Habertürk» nəşri məlumat yayıb.

Qəzetin həmsöhbətinin sözlərinə görə, əgər Türkiyə Rusiyadan S-400 alsa, Amerika Birləşmiş Ştatları (ABŞ) ona qarşı məhdudlaşdırıcı tədbirlər görə bilər.

«ABŞ hakimiyyəti, hava hücumundan müdafiə ehtiyacını ödəmək istiqamətində daha yaxşı alternativ tapmaqda Türkiyəyə kömək etmək istəyir» - deyə, Vaşinqtondakı mənbə bəyan edib.

S-400 kompleksi düşmən aviasiyasını, qanadlı və ballistik raketlərini 400 kimlomet məsafədən və 30 kilometr yüksəklikdə məhv etmək üçün nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol