«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konqres üzvləri daha çox xalqın problemlərinə yox, lobbistlərin və daha imkanlı vətəndaşların problemlərinə diqqət ayırırlar.
Bu yaxınlarda keçirilmiş sorğunun nəticələrinə görə, ABŞ sakinlərinin böyük əksəriyyəti bu fikirdədir.
Məlum olub ki, respondentlərin 85,0 faizi Konqresin fəaliyyətini neqativ qiymətləndirir. Dnmokratların tərəfdaşları arasında bu fikirdə olanların sayı 89,0 faiz, respublikaçıların tərəfdarlarının sayı isə 82,0 faiz təşkil edib.
Sorğu iştirakçıları onu da dilə gətiriblər ki, konqresmenlər son seçki kampaniyasının keçirilməsinə pul vermiş şəxslərə xüsusi diqqət, ən varlı amerikalalara 58,0 faiz, lobbist təşkilatlara 66,0 faiz diqqət ayırırlar.
Bu zaman rəyi soruşulanların yalnız 18,0 faizi düşünüb ki, Konqres üzvləri vətəndaşların əksəriyyətinin maraqlarına xidmət göstərir.
Sorğuda 1337 nəfər həddi buluğa çatmış ABŞ sakini iştirak edib.

Şərhlər