Menu

FHN: İrana məxsus yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir

27.02.2018, 20:34
FHN: İrana məxsus yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir

İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, axtarışlar Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində aparılır. Bu gün aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol