Menu

Ruhi Əsəb Dispanserində ölüm hadisəsi baş verib

28.02.2018, 10:43
Ruhi Əsəb Dispanserində ölüm hadisəsi baş verib

Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2006-ci ildən burada ruhi əsəb xəstəliyindən müalicə olunan 1961-ci il təvəllüdlü Ağayev Rauf dünyasını dəyişib.

R.Ağayevin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol