Menu

İŞİD 40 kq uranı ələ keçirdi 

10.07.2014, 11:50
İŞİD 40 kq uranı ələ keçirdi 

“İŞİD İraqın şimalında 40 kq uran ələ keçirib”.

Axar.az xəbər verir ki, bu sözləri İraqın BMT-dəki səfiri Məhəmməd əl-Hakimə Pan Gi Muna yazdığı məktubda qeyd edib.

O, ələ keçirilən uranın nüvə silahının hazırlanmasında istifadə oluna biləcəyini deyib:

“Terrorçular nüvə materiallarını Bağdadın nəzarətindən çıxmış bölgələrdən ələ keçirirlər. Bu materiallar yeni kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilər. Eləcə də onlar uranı qeyri-qanuni şəkildə ölkədən çıxara da bilərlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol