Müsavat Partiyasının Milli Şuranın birgə ümumxalq mitinqi keçirmək barədə müraciətinə münasibəti müsbətdir.
"Milli Şuranın müraciətinə müsbət cavab veriləcək", - Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı Turan-a bildirib.
REAL Hərəkatının icra katibi Natiq Cəfərli Milli Şuranın müraciətinin REAL İdarə Heyətinin bugünkü iclasında müzakirə ediləcəyini bildirib.
"İdarə Heyətində müzakirələrdən sonra vəkil vasitəsi ilə REAL-ın sədri İlqar Məmmədovla məsləhətləşib cavabımızı elan edəcəyik", - o qeyd edib.
Demokratik Qüvvələrin Milli Şuranın Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkilərə qarşı kütləvi aksiyaların keçirilməsini zəruri hesab edir və birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat Partiyasına və Respublikaçı Alternativ (REAL) Hərəkatına müraciət edib


Şərhlər
Axir ki, vetenperver vekil olan Q.Memmedovun mesleheti yerine yetirildi.Boyuk ve guclu olan elini uzatdi.Bununla da Musavat ozunun de boyukluyunu ve hormete layiq oldugunu bir daha subut etdi.Diger boykotchu siyasi quvveler bu herekata qoshulmasa, birdefelik siyasi arenadan tarixin arxivine yuvarlanacaq.