Menu

DİM Tarif Şurasına müraciət edəcək - İmtahanlarda iştirakın qiyməti ilə bağlı

28.02.2018, 18:17
DİM Tarif Şurasına müraciət edəcək - İmtahanlarda iştirakın qiyməti ilə bağlı

“İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”.

Bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək.

M. Abbaszadə 2019-cu ildə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiq olunacağını da xatırladıb: “Bununla əlaqədar regionlarda seminarlar keçiririk. Bu seminarlarda əsas məqsəd yeni növ qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar müəllimlərin hazırlıq səviyyəsini artırmaqdır”.

Qeyd edək ki, Tarif Şurası 2017-ci ilin martında DİM-in müraciəti və təkliflərini nəzərə almaqla, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.

Şərhlər

hərbi pensiyaçı İBRAHİMOV RASİM ZAKİR 2018-02-28 18:17:16

Hörmətli Məleykə xanım! Orta məktəblərin buraxılış imtahanları pulsuz olmalıdır. Çünki bu imtahanlar dövlət tərəfindən təhsilin yekun qiymətləndirilməsifdir. Unutmayaq ki, orta təhsil pulsuzdur.Və o cümlədən ali məktəblərə ilk dəfə verilən qəbul imtahanları da pulsuz olmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol