Menu

FHN: İran yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir

28.02.2018, 19:11
FHN: İran yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir

İran bayrağı altında üzən “Taradis” yük gəmisinin heyət üzvünün axtarışları bu gün davam etdirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol