Menu

Ən bahalı və ucuz şəhərlər - Bakı neçənci yerdə?

10.07.2014, 13:19
Ən bahalı və ucuz şəhərlər - Bakı neçənci yerdə?

"Mercer" beynəlxalq konsaltinq şirkəti şəhərlərin illik reytinqini açıqlayıb. Siyahıya görə, dünyada əcnəbilər üçün ən bahalı şəhərlər siyahısına Afrikanın iki şəhəri başçılıq edir.

Anqolanın paytaxtı Luanda və Çadın paytaxtı Ncamena əslində elə də varlı sayılmasalar da siyahının başında dururlar.

Ən ucuz məkan - Pakistan

Reytinqdə Afrikadan sonra Avropa və Asiya şəhərləri gəlir. Honkonq 3-cü, Sinqapur 4-cü yerdədir. Sürix 3 pillə irəli çıxaraq 5-ci yerdə qərarlaşıb. Cenevrə 6-cı yerdədir. Tokio dörd pillə düşərək 7-ci yeri tutub.

Pakistan əcnəbilər üçün ən ucuz məkan sayılır. Reytinqin hesablandığı 211 şəhər içində Kəraçi sonuncu yerdə qərarlaşıb.

211 şəhərdə 200 məhsul və xidmətin qiyməti müqayisə olunub. Buraya ev, nəqliyyat, ərzaq, geyim, ev əşyaları və əyləncə xərcləri daxildir.

Bakı ilə Praqanın fərqi

Moskva 9, Bakı 46, İrəvan 187, Tiflis 194-cü bahalı şəhərdir. Keçən il Bakı 57-ci yerdə idi. Bir il ərzində 11 pillə irəliləyib. Bahalığa görə Bakı bəzi Avropa şəhərlərindən də öndə gedir. Belə ki, Praqa 92, Brüssel və Lüksemburq 56, Berlin 68-ci yerdədir.

"Mercer" beynəlxalq konsaltinq şirkəti 1975-ci ildə yaranıb. Mənzil-qərargahı Nyu-Yorkdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol