Menu

61 yaşlı kişi intihar edib

02.03.2018, 09:42
61 yaşlı kişi intihar edib

Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Məhəmmədi qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

Orada yaşayan, 1957-ci il təvəllüdlü Şarif İlyas oğlu Tağıyev özünü həyətdə çardaqdan asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda 125.1 ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol