Menu

Baş Prokurorluq, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri məlumat yaydı

02.03.2018, 11:45
Baş Prokurorluq, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri məlumat yaydı

Respublika Baş prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 31-i xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə, görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Həyata keçirilən tədbirlər prezidentin nəzarətindədir

***

Səhiyyə Naziriyi yanğın barədə ayrıca məlumat da yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın baş vermiş korpusda 55 nəfərin olduğu müəyyən edilib. Onların əksəriyyəti vaxtında təxliyyə olunub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

hərbi pensiyaçı 2018-03-02 11:45:17

Yazıq elektrik enerjisi dili yox ağzı yox bir söz deyə ki, mənlik deyil. Məndən düzgün istifadə üçün cavabdehlər var onlardan soruşun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol