Menu

"25 nəfəri təkbaşına çıxartdım, yerdə qalanlar külə döndü"- Hadisənin şahidi danışdı 

02.03.2018, 15:51
"25 nəfəri təkbaşına çıxartdım, yerdə qalanlar külə döndü"- Hadisənin şahidi danışdı 

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib.

Hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib:"Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”.

Qeyd edək ki, baş verən dəhşətli yanğınla əlaqədar olaraq hadisə yerinə Prezident İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Bakı şəhər İcra Hakimiyyənin başçısı Hacıbala Abutalıbov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəliblər.

Şərhlər

SUAL 2018-03-02 15:51:03

ALLAH OLƏNLƏRƏ RƏHMƏT ELƏSİN. MARAQLİSİ ODUR Kİ BU XƏSDƏXANANİN VƏZİYYƏTİ GORƏSƏN NƏDƏN BU DƏHŞƏTLİ FACİƏYƏ QƏDƏR AİDİYATİ ORQAN RƏHBƏRLƏRİNİ NARAHAT ETMƏYİB? YAXUD XƏSDƏXANANİN YERLƏŞDİYİ XƏTAİ RAYON İHB RAZİM MƏMMƏDOV BU ƏRAZİLƏRƏ BAXANDA HEC OZUNU MİLYONLARLA OLCULƏN MALİKANALƏRİNDƏN, RAYONUN HƏR QARİŞİNİ HƏRRACA QOYMASİNDAN HEC UTANİRMİ? İNDİ BU DƏHŞƏTDƏN SONRA XƏSDƏXANANİN YOLUNA VƏ HƏYƏTİNƏ ADİ ASFALT DOŞƏNİLMƏSİNƏ DƏYƏRMİ? MƏGƏR ONLARİN BAX VƏ EVLƏRİNİN YOLU BAHALİ MƏRMƏRDƏN TİKİLMƏSİNİ OLKƏ RƏHBƏRL

vetendas 2018-03-02 15:51:03

. Analoqsuz olkenin, Analoqsuz sehiyyesi! Sozsuz!!!!!!??????? deyirler olenlerin ailesine pul verecekler...........beyem bu itkini pulla evez etmek olar ??????hani ...sehiyye naziri? indi cavab versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol