Menu

"Putinin hədələri qəbuledilməzdir" - NATO

02.03.2018, 19:28
"Putinin hədələri qəbuledilməzdir" - NATO

NATO Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində dünyada analoqu olmayan yeni raket silahı hazırladıqları barədə açıqlamasına münasibət bildirib. 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, NATO-nun sözçüsü Oana Lungesku bildirib ki, Rusiya prezidentinin NATO-ya üzv ölkələrə ünvanlanmış hədələri qəbuledilməzdir: "Bu, Rusiyanın Qərb dövlətləri ilə onsuz da gərgin olan münasibətlərinə fayda gətirməyəcək".

O. Lunqesku qeyd edib ki, NATO üzvləri yeni “soyuq müharibə” istəmir, ABŞ-ın raket hücumundan müdafiə sistemi isə Rusiyaya qarşı yönəlməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol