Menu

ABŞ-da universitetdə atışma olub, ölənlər var

02.03.2018, 20:20
ABŞ-da universitetdə atışma olub, ölənlər var

ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb. Hadisə ilə əlaqədar bir nəfərin axtarıldığı bildirilir.

Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol