Menu

Rusiya azərbaycanlıları Putinə dəstək aksiyasında iştirak ediblər  - FOTOLAR 

03.03.2018, 17:57
Rusiya azərbaycanlıları Putinə dəstək aksiyasında iştirak ediblər  - FOTOLAR 

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasında iştirak ediblər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın "Lujniki" stadionunda keçirilən prezidentliyə namizəd Vladimir Putinin dəstək aksiyasına Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.

Diaspor nümayəndələrimiz və AMOR-un gənc fəalları əllərində Azərbaycan bayraqları və "Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir" şüarı yazılan plakatlar qaldıraraq Rusiya azərbaycanlılarının prezidentliyə namizəd Vladimir Putinə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, bu gün "Lujniki" stadionunda Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək aksiyası keçirilib. Aksiyada 80 min nəfərdən çox insan iştirak edib.

[gallery columns="4" size="full" ids="399445,399446,399447,399448"]

Şərhlər

asim 2018-03-03 17:57:48

Allahşükür burada görünmür.O belə yerlərdən qalan deyildi.Putin bir də seçilsə, Qarabağı özümüzə "qaytaracaq"......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol