Menu

İsrail və ABŞ irimiqyaslı raketdən müdafiə təlimlərinə başlayır

04.03.2018, 09:42
İsrail və ABŞ irimiqyaslı raketdən müdafiə təlimlərinə başlayır

İsrail və ABŞ havadan müdafiə və raket əleyhinə qüvvələrinin birgə irimiqyaslı təlimlərinə start verir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təlimlərə minlərlə hərbçi cəlb edilib.

2001-ci ildən İsraildə keçirilən “Ardıc kobrası” şərti adı altında təlimlər sayca doqquzuncu dəfə baş tutacaq. Hərbçilər iddia edir ki, təlimlər planlı xarakter daşıyır və hər-hansı konkret geosiyasi hadisələrlə əlaqəsi yoxdur.

Təlimlərə 2 500-dən çox amerikalı, 2 000 israilli hərbçi cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol