Menu

Paytaxtda uşaqlar kilidli qapı arxasında köməksiz qalıb

04.03.2018, 10:30
Paytaxtda uşaqlar kilidli qapı arxasında köməksiz qalıb

 

Bakıda 3 nəfər bağlı qapı arxasında köməksiz qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol