Menu

Misir ordusu Sinayın şimalında 10 terrorçunu məhv edib

04.03.2018, 15:35
Misir ordusu Sinayın şimalında 10 terrorçunu məhv edib

 

Misir ordusunun hərbçiləri Sinay yarımadasının şimal və mərkəzi hissəsində keçirilən "Sinay-2018" genişmiqyaslı antiterror əməliyyatı zamanı 10 terrorçunu məhv ediblər.

Trend-in məlumatına görə, bundan əlavə ekstremist fəaliyyətdə şübhəli bilinən təxminən 250 nəfər saxlanılıb.

Əməliyyat zamanı bir neçə partlayıcı qurğu, silah anbarı, sığınacaqlar və Liviya ilə sərhəddən qeyri-qanuni yol ilə ölkəyə keçmək istəyən silah dolu 11 avtomobil məhv edilib.

Terrorçularla toqquşmalarda 4 Misir hərbçisi həlak olub, 4-ü isə yaralanıb.

Qeyd edək ki, "Sinay-2018" antiterror əməliyyatı fevralın 9-u başlayıb. Əməliyyat başladığı gündən yarımadada təxminən 100 terrorçu məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol