«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Quru qoşunları kiberkomandanlığının rəhbəri, general-leytenant Pol Nakasone bəyan edib ki, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə «müdaxilə» ilə bağlı Vaşinqtonun gördüyü cavab tədbirləri «Amerikanın rəqibləri»nə heç bir «yavaşıdıcı» effekt verməyib.
O, məxsusi olaraq, Rusiyanı qeyd edib və bildirib ki, Rusiya seçki kampaniyası zamanı sosial şəbəkələrdə «dezinformasiya yayıb».
«Mən deyərdim ki, indi onlar (ruslar - red.) fikirləşirlər - onlara qarşı ciddi heç nə baş verməyəcək. Onlar bizdən qorxmurlar» - deyə, general Senatdakı dinləmələr zamanı bildirib.
O, həm də Rusiyanı kiberməkanda texnoloji baxımdan ABŞ-ın ən inkişaf etmiş rəqibi adlandırıb.
Bundan əvvəl Prezident Donald Tramp Nakasonenin namizədliyini Milli Təhlükəsizlik Agentliyinin (MTA) başçısı postuna irəli sürüb. Əgər Senatda bu təyinatı təsdiqləsələr, general-leytenant eyni vaxtda həm də ABŞ silahlı qüvvələri kiberkomandanlığına başçılıq edəcək.


Şərhlər
Ayını qorxutmaq çətin məsələdir.Ayını görəndə özünüzü sakit aparmalısınız və ayını görüb qaçsanız vay halınıza. Ona görə də ayı ilə nəcür rəftar edəcəyinizi özünüz seçiniz və məsləht bilərdim ki,yerinizdə sakit oturasınız.