Menu

ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır!

05.03.2018, 09:42
ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır!

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

"Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək", - deyə bəyanatda qeyd edilir.

Bildirilir ki, diplomatik missiya işləmədiyi müddətdə yalnız fövqəladə vəziyyətlərdə köməklik göstərəcək.

Şərhlər

Abit 2018-03-05 09:42:37

Qardaş bunların xeberi varsa demeli teşkilatçıda özleridi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol