Menu

ARDNF ötən ay 364 mln. dollar satıb

05.03.2018, 09:42
ARDNF ötən ay 364 mln. dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay ərzində 364,1 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, bu ilin ilk ayında Fond tərəfindən valyuta hərraclarında 299,1 mln. dollar məbləğində vəsait satılıb.

Bununla da ARDNF bu ilin iki ayında ümumilikdə 663,2 mln. dollar satıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol