Mərkəzi Seçki Komissiyası (MSK) indiyə qədər Azərbaycanda keçirilən seçkilər zamanı geniş təcrübə əldə edib və artıq Azərbaycanda peşəkar seçki təcrübəsi yaranıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayl Rəhimov MSK-nın aşağı seçki komissiyaları üzvlərinin maarifləndiriliməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərin açılış mərasimində deyib.
M.Rəhmov vurğulayıb ki, Azərbaycan Seçki Məcəlləsi dünyanın qabaqcıl seçki məcəllələrindən biridir və Avropa Şurasının ekspertizasından keçib:
"Azərbaycan dövləti seçkilərin demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şəraiti yaradıb. Əvvəllər seçkilər zamanı müəyyən problemlər yaranırdı, bəzi seçki dairələrində seçkilərin nəticələri ləğv edilirdi, ancaq son illərdə qazanılmış təcrübə və seçkilərin peşəkar qaydada keçirilməsi nəticəsində ciddi nöqsanlara yol verilmir".
O əlavə edib ki, MSK seçkilərin keçrilməsində böyük rolu olan aşağı seçki komissiyaların üzvlərinin peşəkarlığının artırılmasına daim diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir:
“Bu günki treninqlərin də məqsədi sizlərin peşəkarlığını artırmaqdır. Biz hər birimiz ölkədə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əlimizdən gələni etməliyik”.


Şərhlər
BIZ dediklerinize inanmiriq. Ona gore ki, Azerbaycanda qeti secki olmur. Hamisi imitasiyadi. Maraqli cehet odur ki, sizler oz dediyiniz sozlere inanirsiz, yoxsa deyenden sonra oz- ozunuze gulursuz?!?! E..............
Cənab Rəhimov Azərbaycanın nəinki Seçki Məcəcəlləsi digər məcəllələrdə Avropa Şurasının ekspertzasından keçib,əvvəlki Konstitusiyası da çox gözəl idi lakin Azərbaycan xalqı hakimiyyətdən həmin məcəllələrin və əsas qanununu olan Konstitusiyasının tələblərinə riayət olunmasını tələb edən kimi ifrat dərəcədə qıcıqlanırlar və həmin qanunular elə beləxalqın gözünə şəkər tozu üfürmək üçün yazılmış oxunmayan kitablara dönürlər. Ona görə də heç bir məmur özölkəsinin qanunlarını saymır.
Ay Mezahir mellim vallah yaxşı olardı qonşu ölkelerede bu tecrübeni öyredesiz.Hetda bu işi pullu da etmek olar.Niyede olmasın.Qoy gelib treyninqler keçsinler.