Menu

PKK-dan “yaş adyal” hiyləsi - Türk ordusu son anda öldürücü zərbə endirdi

06.03.2018, 13:32
PKK-dan “yaş adyal” hiyləsi - Türk ordusu son anda öldürücü zərbə endirdi

PYD-PKK terrorçuları 8 türk hərbçisinin şəhid olduğu 1083 saylı Keçəl Təpəyə ikinci dəfə hücuma keçmək istəyib.Axar.az- xəbər verir ki, 40 terrorçu pilotsuz uçuş aparatlarından yayınmaq üçün yaş adyalların altında gizlənərək növbəti hücuma cəhd edib. Lakin türk hərbçiləri son anda PUA-larla onların yerini təyin edib və öldürücü zərbə endirib. Əməliyyat zamanı terrorçuların hamısı məhv edilib.

Qeyd edək ki, terrorçuların bir müddət əvvəl 1083 saylı təpəyə hücumu nəticəsində 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.

Türkiyə ordusunun Afrində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində öldürülən terrorçuların sayı 2872-yə çatıb.

Əməliyyatın 46-cı günündə bölgədə terrorçulara məxsus bir çox mövqenin darmadağın edildiyi bildirili

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol