Menu

KTMT separatçı rejimə dəstək verəcək? - Yardım xahişi olarsa...

06.03.2018, 14:26
KTMT separatçı rejimə dəstək verəcək? - Yardım xahişi olarsa...

“Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü deyil, bu üzdən Xankəndinə qurum tərəfindən hərbi dəstək verilməyəcək”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov deyib.

O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil.

Şərhlər

Bəhram Qarabağlı 2018-03-06 14:26:30

Məncə, Azərbaycan-hər vəzifəli öz səviyyəsində Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatnın(KTMT) rəhbərliyinə, qərargah rəislərinə (Cənab A.Sidorov və d.) və üzv-dövlət rəhbərlərinə hərbi işğalçıların Azərbaycan ərazilərindən təcili çıxarılması üçün təkrarən də olsa rəsmən-məxfi müraciətlər etməlidirlər. Bir daha qeyd etməliyəm ki, işğalçı dövlətin və ordunun KTMT-nin izvlüyündə qalması, KTMT-nin rəsmən "Təhlükəsizlik Müdafiəsi" statusunun de-fakto İŞĞALÇI rolunda tətbiq edildiyini təsdiqləyir!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol