Menu

Qarabağdan Donetskə döyüşə - Foto

11.07.2014, 09:36
Qarabağdan Donetskə döyüşə - Foto

Artur Gaparian Rusiyameylli yaraqlıların "Vostok" batalyonunda döyüşüb. "Azadlıq" radiosunun məlumatına görə, o, Ukraynaya necə getməsi haqda danışır.

Artur Gaparian sosial mediadakı Rusiya qruplarına müraciət edib.

O bildirir ki, onu Moskvaya çağırıblar, ordan da Rostova göndəriblər. 2 həftə hərbi təlim keçib.

Erməni yaraqlısı vurğulayır ki, lal-kar kimi işarələrlə danışmağı öyrədiblər. Sonra onları gizlicə Rusiya-Ukrayna sərhəddindən keçirərək Donetskə göndəriblər. Burada beynəlxalq aeroportun ələ keçirilməsində iştirak edib, lakin Ukrayna ordusu onun dəstəsini pərən-pərən edib, təsadüf nəticəsində sağ qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol